Ukraynada ölən azərbaycanlının yaxınları AXTARILIR: qolunda"ANA 81" döyməsi var
Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır.
Bu barədə Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, həmin azərbaycanlı sabah dəfn olunacaq: “Nikolayevdəki nümayəndəmizi morqa dəvət ediblər. Oraya bir nəfər azərbaycanlı meyit gətirilib.
Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Yol gedərkən raketin düşməsi nəticəsində həlak olub. Nəticədə onun meyiti tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda “ANA 81” döyməsi var.
Ceyhun Məmmədov qeyd edib ki, həmin adamın yaxınları axtarılır: “Kimin yaxını itkin düşübsə, maraqlansın. Biz onu çox morqda saxlaya bilmirik. Nikolayev nümayəndələri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu