Ukraynadakı səfirlik çağırış etdi - DƏRHAL TƏRK EDİN!
ABŞ səfirliyi növbəti dəfə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
APA TV xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda o da bildirilib ki, Ukraynada faktiki vəziyyət çox dəyişkəndir və bu hal pisləşə bilər. Qeyd olunub ki, ABŞ vətəndaşları ayıq qalmalı və təhlükəsizlik məlumatlarını artırmaq üçün müvafiq addımlar atmalıdırlar.
Saytda o da bildirilib ki, ABŞ-ın Ukraynadakı səfirliyi Rusiyanın bu ölkəyə hərbi müdaxiləsindən sonra, yəni 2022-ci ilin fevralında konsulluq xidmətlərini dayandırıb və vətəndaşlırına da Ukraynaya səyahət etməməyə çağırıb.
Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb.
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib