Ukraynadakı xüsusi əməliyyatın məqsədi nədir? - ZAXAROVA AÇIQLADI
Rusiya Azərbaycan vətəndaşlarını da Ukraynadan çıxarıb.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin aktiv vasitəçiliyi ilə 31 min nəfərdən çox insan çıxarılıb. Onlardan 25 nəfəri xarici ölkələrin vətəndaşıdır. Bunlar Türkiyə, Azərbaycan, Banqladeş, Pakistan, İsveç, Misir, İtaliya, Mərakeş və Tunis vətəndaşlarıdır.
Rusiya XİN-in sözçüsü deyir ki, Krımın gələcəyi hər zaman Rusiya ilədir. Heç bir sanksiya və təhdid bunu dəyişməyəcək.
Mariya Zaxarova həmçinin bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədi bu ölkənin dövlətçiliyini məhv etmək və ya prezidenti devirmək deyil.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib