Ukraynadan qaçanları vağzalda qırdılar

# 14:09
8 aprel 2022

"Rus ordusunun iki raketi Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu stansiyasına düşüb, nəticədə 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb".

 

APA TV xəbər verir ki, bu barədə "Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib.

 

O qeyd edib ki, hadisə yerində işləyən polis və xilasedicilər onlarla ölü və yaralının olduğunu bildirir

 

Aleksandr Kamışin bunun məqsədyönlü şəkildə edildiyini bildirib.

 

Qeyd edək ki, raket zərbəsi zamanı minlərlə insan stansiyada olub, çünki Donbass sakinləri təhlükəsiz ərazilərə köçürülür.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR