Ukraynalı uşaqlar Heydər Əliyev Mərkəzində

# 16:56
16 avqust 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən 30 ukraynalı uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Ziyarət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev də ukraynalı uşaqlarla birgə olub. Uşaqlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar. Onlar Mərkəzdə həmçinin Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış edilib. Qeyd edək ki, bundan əvvəl ukraynalı uşaqların İsmayıllı, Qəbələ, Şəki və Şamaxıya ekskursiyaları təşkil olunub. Uşaqlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak ediblər. AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR