Ukraynanın gözlənilməz qonaqları: hökumət başçıları nəyə gedib?
Polşa, Çex Respublikası və Sloveniya hökumət başçıları Kiyevə gedir.
APA TV xəbər verir ki, bu barədə Çex Respublikasının Baş naziri Petr Fiala "Twitter"də bildirib.
"Polşanın Baş naziri Mateuş Moravietski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Janez Yanşa ilə birlikdə biz bu gün Avropa İttifaqı Şurasının nümayəndələri kimi Prezident Zelenski və Baş nazir Şmıqalla görüşmək üçün Kiyevə gedirik”, - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, səfər Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə məsləhətləşmələr əsasında təşkil olunub. Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığı və müstəqilliyinə birmənalı dəstəyini ifadə etməkdir.
“Eyni zamanda, səfər zamanı Ukrayna və onun vətəndaşlarına geniş dəstək paketi təqdim edəcəyik. Bu səfərlə bağlı Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq ictimaiyyət məlumatlandırılıb”, - deyə Baş nazir vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu