Ukraynanın parçalanmasına start verildi - 4 BÖLGƏDƏ seçkilər keçirilir

# 13:40
23 sentyabr 2022

Bu gün Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində Moskvanın təsir dairəsinə düşən bölgələrdə refendum seçkiləri keçirilir. APA TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib. Qeyd olunur ki, ərazilərin Rusiyaya birləşdirilməsi barədə keçirilən referendum Ukraynanın 4 bölgəsində baş tutur. Seçkilər səhər 8-də başlayıb. Luqansk, Donetsk, Xerson və Zaporojyeda keçirilən səsvermə axşama qədər davam edəcək. Ukrayna mediasının xəbərinə görə, Donetsk vilayətinin təxminən 60 faizi Rusiyanın nəzarətindədir.

CNN-nin Ukrayna xidmətinin məlumatına görə, yerli əhalinin əksəriyyəti bölgəni tərk edib, üstəlik səsvermədə müstəqil müşahidəçilər iştirak etməyəcəklər.

Seçkiləri izləyən ATƏT nəticələrin Ukrayna qanunlarına və ya beynəlxalq standartlara uyğun gəlmədiyinü düşünür. Qurumdan bildirilib ki/, məhz buna görə də referendumun nəticələri hüquqi qüvvəyə malik olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR