Umayra Tağıyeva: “Oxçuçayda çirkələnmələr bu gün də davam edir”

# 21:01
19 aprel 2022

Ermənistan Oxçuçay çayının ərazisini ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib. 

APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə,  bu fikirlər bu gün nazirliyin təşkil etdiyi media turda səslənib. Bildirilib ki, nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Lakin Oxçuçayın suları hələ də zəhərli olaraq qalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə,  Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur və təəssüflər olsun ki, çirklənmələr bu gün də davam edir.

Umayra  Tağıyeva onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda olan çaylar üzərində 10 avtomat hidrometeoroloji stansiya quraşdıracaq.

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkəti ilə bağlı sərt mövqe bildirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq.”-deyə, dövlət başçısı bildirib.

Habil Aslanoğlu, Ziya İsmayılov, APATV, Zəngilan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR