Uşağa türk adı qoyuldu, sənəd vermədilər

# 15:14
17 fevral 2023

İran hökumətinin soydaşlarımıza qarşı qərəzli siyasəti davam edir.

 

Lent.az “Mouze“ teleqram kanalına istinadən xəbər verir ki, Güney Azərbaycanın Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənəd verilmir.

 

Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu deyərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

İranda artıq yüzlərlə uşaq türk adı qoyulduğu üçün milli ayrı-seçkiliyə məruz qalır.

 

Qeyd edək ki, İran hakimiyyəti doğum haqqında şəhadətnaməsi olmayan körpələri bütün sosial, təhsil və tibbi xidmətlərdən məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR