Uşağı çöpçüyə aparmaq risklidir

# 11:56
16 fevral 2023

Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur.

APA-nın xəbərinə görə, Akademik MirƏsədulla Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədova bildirib ki, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur:

 

O, valideynləri qeyri-tibbi müalicə üsullarına meyl göstərməməyi deyib… Xüsusilə, çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif əşyaların, , meyvə tumları, ərzaq qırıntılarının “çıxarılması”na toxunan mütəxəssis, belə halların orqanlarda zədələnmələrə, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola biləcəyini bildirib.

 

Lalə Nurməmmədova, həmçinin valideynlərə tövsiyə edib ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR