Uşağı döyən tərbiyəçi ilə bağlı QƏRAR VERİLDİ

# 13:35
14 yanvar 2022

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərən tərbiyəçi Zülfiyyə Baxışova işdən çıxarılıb.

 

Təhsil Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Zülfiyyə Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.

 

Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR