Uşağı motosikletə mindirmək olarmı? - “Free rider”lər danışdı
Bir neçə öncə sosial şəbəkələrdə arxasında uşaqla motosiklet idarəedən bir şəxsin videogörüntüsü yayılmışdı. Video sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı. Bu görüntülər kənardan məhz uşağa görə kimlərəsə xoş təsir bağışlaya bilər. Amma uşağın motosikletə mindirilməsi böyük faciəyə yol aça bilər. Təəssüf ki, indiki halda bu hərəkət valideyn düşüncəsizliyinin nümunəsi kimi görünür. Motosiklet həvəskarı İntiqam İbrahimov deyir ki, uşaqların motosikletlə daşınması olduqca təhlükəlidir. Bəs qanun nə deyir? Azyaşlıların motosikletə mindirilməsi nə dərəcədə düzgündür? Azyaşlıları motosikletlə gəzdirənləri hansı cəza gözləyir? Bəli, azyaşlıları motosikletlə gəzdirmək qanunla da qadağandır. Necə deyərlər uşaq nədir, fişəng nədir. Təkcə bizdə deyil, elə Avropa ölkələrində də belədir. Amma onlarda xüsusi moto məktəblər var. Bu məktəblərdə təhsil alanlar 12 yaşdan sonra motosiklet idarə edə bilərlər. Bizdə isə bu motoməktəblər ya fəaliyyətsizdir, ya da insanlar onların fəaliyyətindən bixəbərdir. AYTƏN SAKİTQIZI APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi