Uşağımızı niyə bağçaya qoya bilmirik? - Yerləri kim doldurur?

# 17:10
14 aprel 2023

Bu gün Bakıda bağçaya uşaq qoymaq ən müşkül məsələlərdən birinə çevrilib. Qeydiyyatdan keçmək bir zülm, sıranı gözləmək isə başqa zülmdür. Uşaq böyüyür, məktəbə gedəsi olur, amma bağçada boş yer yaranmır, sıran gəlib çatmır ki, çatmır.

Deyək ki, bu bağçalarda şəffafalığın təmin olunmasına, direktorla valideynin arasında “alış-verişin” minimuma endirilməsinə hesablanan addımdır. Bəs bu gün Bakıda, Abşeronda və Sumqayıtda övladını bağçaya qoymaq üçün növbədə gözləyən 400-ə yaxın çalışan valideyn nə etməlidir?

 

Ümumiyyətlə, bu gün bağçaya uşaq qoymaq üçün qeydiyyat niyə müşkülə çevrilib? Heç tələbə  adını qazanmaq və ya dövlət qulluqçusu olmaq üçün verilən imtahan bu qədər çətin deyil.

Bəs yaxşı “boş yer yoxdur” cavabını alanların aqibəti necə olsun?

Niyə əlavə yerlər ayrılmır və ya bu yerlər həqiqətənmi doludur? 

Problemin qismən də olsa, aradan qaldırılması istiqamətində Elm və Təhsil Nazirliyi nə düşünür? Nazirliyin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyir ki, bu istiqamətdə işlər görüləcək.

 

Təəssüf ki, bu, valideyinləri narahat edən sualların cavabı deyil. Amma hər halda məsələnin həlli üçün vəd verildisə, ümid edək ki, yaz gələcək və hazırda nazirliyin tabeliyində olan 1700-ə yaxın bağçanın həyətində yoncalar bitəcək.

 

 

AYTƏN SAKİTQIZI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR