Uşaq bağçasında azyaşlını döyən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.
APA TV-nin Şirvan bürosunun xəbərinə görə, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb. Videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllimi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb.
Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib