Uşaqlara işgəncə verilən “Sevgi evi” bağlandı
Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” Qadın və Uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.
APA TV Modern.az-a istinadən xəbər verir ki, qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.
“Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.
Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, başlarına spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)