“Uşaqlarımı çimizdirə bilmirəm” - 4 uşaq anasının fəryadı

# 18:11
4 sentyabr 2023

 

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan sakinlər illərdir ki, susuzluqdan əziyyət çəkirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, quru vədlərlə idarə qapılarından geri qaytarılırlar. Məsələ burasındadır ki, Binə qəsəbəsində torpaq paytaxtın digər əraziləri ilə müqayisədə nisbətən ucuz olduğundan son illər qəsəbə əhalisinin sayı xeyli artıb. Burada çoxsaylı evlər tikilib, yeni yaşayış massivləri salınıb. Bu evlərdə yaşayan sakinlər mavi yanacaq və elektrik enerjisi ilə təmin edilsələr də , onların su təminatı ilə bağlı çox ciddi problemləri var. Sakinlər iddia edir ki, ərazi cəmi bir il ərzində su ilə təmin edilib. Son 6 ildə isə bir gün olsa belə su tapa bilmirlər. İndi sakinlər suyu su maşınlarından almaq məcburiyyətindədirlər. Ancaq bu su da içiləsi deyil. Ərazidə yaşanan su problemi azyaşlıların da kabsuna çevrilib. İndi onlar oyuncaqlarla oynamaq, əylənmək, gülmək əvəzinə, bu yaşda həyatın kommunal qayğıları ilə üz-üzə dayanıblar. Məsələ ilə bağlı cavabdeh qurum olan “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Cəbrayıllı bildirdi ki, Binə qəsəbəsinin təxminən 25 faizinə su çəkilib. Digər yaşayış massivlərinə də mərhələ-mərhələ su çəkiləcək. Bax belə, sakinlərə verilən vəd bizə də verildi. Əməl olunmasını gözləmək isə nə qədər vaxtımızı alacaq, dəqiq bilmirik. AYTƏN SAKİTQIZI FARİZ QULUYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR