Uşaqlarını xilas etmək istəyən ata həyatını itirdi

# 16:45
8 fevral 2022

Şəkidə dəm qazından 3 nəfər zəhərlənib.

APA TV-nin məlumatına görə, hadisə Şəki şəhərində G. Vahabova küçəsindəki fərdi evlərin birində baş verib. Dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən ata isə hadisə yerində ürək tutmasından ölüb.

Evin xanımı Zöhrə Hüseynova oğlu 11 yaşlı Kənan Hüseynlini hamamda yuyundurarkən hər ikisinin dəm qazından zəhərlənməsi hadisəsi baş verib. 47 yaşlı ata Vüqar Hüseynov həyat yoldaşı və oğlunu vanna otağından çıxararaq mətbəxə gətirib onlara ilk yardım edib. Oğlunun və həyat yoldaşının halının pisləşdiyini görən ata ürək tutmasından dünyasını dəyişib.

Zöhrə Hüseynova və Kənan Hüseynli Şəki rayon mərkəzi xəstəxanasına gətirilib, onlara lazımı tibbi yardımlar edilib hazırda vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR