Usta bilib evə çağırdılar, oğru çıxdı
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb. Aparılan araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR

Xalq Bankdan Güney Azərbaycan poeziyasına həsr olunmuş yeni nəşr

Hacıqabulda yağışdan sonra bu təpəliklərdə yeni həyat başlayır

Su - kanalizasiya xətlərinin üzərində evlər tikilib – 164 evdə vəziyyət pisdir
