Uyuşdurucu satışında ittiham olunurdular, bəraət aldılar
Külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinən Elnur Bayramov və Nurlanə Nəhmətovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hakim Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, tutulma və onlardan narkotik götürülmə vaxtı üst-üstə düşməyib.
Hər iki şəxsin təqsiri sübuta yetirilmədiyindən onlara bəraət verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama) və 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddələri ilə ittiham irəli sürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi