Vahid Əhmədov “Media haqqında” qanundan danışdı
“Qanun layihəsində medianın maliyyələşdirilməsi və reklam bazarının mediaya uyğunlaşdırılması yolları da əksini tapsın”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, qanunun işləməsi üçün maliyyə lazımdır: “Bu qanunda medianın haradan maliyyələşəcəyi qeyd olunmalıdır”.
Deputat ali təhsillə bağlı məsələyə qanun layihəsində yenidən baxılmasını istəyib.
V. Əhmədov qeyd edib ki, reyestr məsələsinin məcburi olduğu qanun layihəsindən görünür: “Buna nə ehtiyac var?”.
Deputat bildirib ki, media ciddi subyektlərdən biridir: “Media dövlətin, millətin taleyini həll edir. Ona görə də kompromisə gedilsə, yaxşı olar”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib