Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

# 15:20
21 aprel 2022

Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

 

APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə “Lukoyl”un yaydığı bəyanatda bildirilib.

 

Qeyd edək ki, Lukoyl Rusiyanın ən böyük özəl neft şirkətidir. Şirkətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Lukoyl-un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib. Bu gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefa barədə məktub göndərilib. Şirkət qeyd edib ki, Vahid Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir. Xatırladaq ki, bir müddət əvvəl Vahid Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

 

Yeri gəlmişkən xatırladaq ki, bir müddət öncə “Bloomberg Billionaires Index” Rusiya milyarderlərinin ümumi sərvətinin azaldığını, ən çox itirən şəxsin isə Vahid Ələkbərov olduğunu açıqlamışdı. Belə ki, onun sərvətinin 17,4 milyard dollar həcmində azaldığı açıqlanmışdı. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR