Valideynlər gənc əsgərlərin andiçmə mərasiminə buraxılmayacaq
Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.
"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - deyə məlumatda bildirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi