Bank Of Baku

Vaqif Dərgahlı: “Düşmən Goranboy rayonunu atəşə tutub”

# 20:20
28 sentyabr 2020

"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub".

APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".

Vaqif Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR