“Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək”

# 11:21
24 iyun 2023

 

“Vaqner” rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında müdafiə nazirinin müavini Yunus Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevlə görüşüb. Lent.az məlumat yayıb ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqramda yaydığı videomüraciətdə bildirib. O deyib ki, biz qərargahdayıq, Rostovun hərbi obyektləri, o cümlədən aerodrom nəzarətimiz altındadır.Priqojin bildirib ki, ona Baş Qərargah rəisi Gerasimov və müdafiə naziri Sergey Şoyqu verilsin, əks halda, “Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək.Daha sonra Priqojinin mətbuat xidməti başqa bir videomüraciət dərc edib və o, onun döyüşçülərinin Rostov-na-Donudakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR