“Vaqner”çilərin üsyanında Qərbin barmağı varmı?

# 16:47
24 iyun 2023

 

“Ölkəmizin rəhbərliyi ədalət sözünü unudub və buna görə də cəzalandırılacaqlar. Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə uzanacaq”. “Vaqner” Özəl Hərbi Şirkətinin lideri Yevgeni Priqojinin bu açıqlamasından sonra vaqnerçilər Rusiyanın iki rayonunu əla keçirib Moskvaya doğru irəliləyirlər. Rusiya Müdafiə Nazirliyi isə “vaqner”çiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb. Bütün cəhdlərə baxmayaraq, Priqojin və ordusunun geri çəkilmək niyyəti yoxdur. Sosial platformalarda itkilərin olduğu, Rusiya orudusu ilə “vaqner”çilər arasında ciddi toqquşmanın baş verdiyi yazılır. Politoloq Fikrət Sadıxovun fikrincə, belə getsə, vəziyyət daha da gərginləşəcək. Politoloq Samir Hümbətov isə deyir ki, Rusiya-Ukrayna müharibəsinin il yarımdır ki, davam etməsi fonunda Priqojinin bu cür addım atması gözlənilən idi. Deputat Arzu Nağıyev isə hesab edir ki, baş verən hadisələrin fonunda Rusiyada hərbi vəziyyət elan oluna bilər. Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var. Bundan sonra Priqojin 25 minlik ordu ilə Rostova daxil olub. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Hökumət Moskva, Voronej və Rostovda antiterror rejiminin tətbiq edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR