“Vaqner”in 500 döyüşçüsü Azərbaycana qarşı döyüşüb” – Almaniya mətbuatı

# 19:13
27 iyun 2023

“Vaqner” Özəl Hərbi Şirkətinin döyüşçüləri 2020-ci ilin noyabr ayının əvvəlində Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşüb.” Bu barədə Almaniyanın rnd.de saytında hərbi qruplaşmanın fəaliyyəti ilə bağlı araşdırmada qeyd olunub. Bildirilib ki, “Vaqner” qrupunun 500-ə yaxın üzvü Azərbaycan ordusuna qarşı döyüşlərdə Ermənistan tərəfindən döyüşüb. Müəllif vaqnerçilərin Suriya döyüşlərində daha fəal olduğunu vurğulayaraq qeyd edib ki, onlar 2015-ci ildən prezident Bəşər Əsədə yaxından köməklik edib. ““Vaqnerçilər” Suriya ordusuna döyüş əməliyyatlarını keçirmək üçün təlimlər təşkil edib və hətta Palmira şəhərinin hökumət qüvvələrinin tərkibinə keçməsində “Vaqner” qruplaşmasınən xüsusi rolu olub”. Qrupun həmçinin Liviya, Mali, Mozambik, Mərkəzi Afrika Respublikası və digər Afrika dövlətlərində əlavə missiyaları olub, - deyə yazıda bildirilib. Məqalədə qrupun təhlükəli fəaliyyətindən də bəhs edilib. Vurğulanıb ki, muzdlu dəstə hara getsə, ardında dağıntılar və zorakılıq izləri qoyur. Bildirlib ki, onlar saysız-hesabsız müharibə cinayətləri ilə də əlaqələndirilirlər. Bunu qrupun keçmiş döyüşçüləri də təsdiqləyib. Xatırladaq ki, Afrikada qətlə yetiriləndən biri də Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camaldır. Şirkətin maliyyə mənbələri barədə də qeyd edilən yazıda bildirilib ki, Yevgeni Priqojinin əsas gəlir mənbəyi Afrikadakı və Yaxın Şərqdəki neft, qızıl, brilliyant və digər qiymətli əmtəələr istehsal edən şirkətlərlə qurulan sövdələşmələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR