Vaxtı keçmiş məhsulları vətəndaşlara satmaq istədilər - 1 dəqiqə 10 xəbər 13:00 buraxılışı

# 13:00
26 noyabr 2021

Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfər edib.

 

Əli Əsədov Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza ilə bağlı Rusiya Hökumətinin sədrinə başsağlığı verib.

 

Goranboyda baytarlıq aptekində vaxtı keçmiş preparatlar aşkarlanıb.

 

Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs tutulub.

 

Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Gəncədə səfərdədir.

 

Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olacaq.

 

Gürcüstanda son sutkada koronavirusa 4534 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

 

Ötən gün toylarda 7 nəfər cərimələnib, 219 nəfər şənliyə buraxılmayıb.

 

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Lənkəranda narkotik dövriyyəsinə görə 9 nəfər tutulub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR