"VAZ"la avtoxuliqanlıq etdi - POLİS YAXALADI
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Vidadi Doj idarə etdiyi "VAZ" markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Vidadi Doj sürücülük hüququdan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi