Velosipedlə Zaqataladan Qaxa oğurluğa getdilər

# 11:48
13 iyun 2022

Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, zərərçəkən Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur saxlanılıb.

 

Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən qızılların bir qismi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR