Vətən Müharibəsi ilə bağlı xatirə pul nişanları buraxılacaq

# 19:01
5 aprel 2021

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun əzəli torpaqları olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonların tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.

 

Bu barədə APA TV AMB-yə istinadən xəbər verir. Qeyd edilir ki, hazırda tədavüldə olan milli pul nişanları 2006-cı ildə dövriyyəyə buraxılıb.

 

“Müstəqil Azərbaycan” mövzusuna həsr edilmiş bu Konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları – 1 manatlıq pul nişanı “Mədəniyyət və incəsənət”, 5 manatlıq pul nişanı “Yazı və ədəbiyyat”, 10 manatlıq pul nişanı “Tarix”, 20 manatlıq pul nişanı “Qarabağ”, 50 manatlıq pul nişanı “Təhsil və gələcək”, 100 manatlıq pul nişanı “İqtisadiyyat və inkişaf”, 200 manatlıq pul nişanı isə “Modern arxitektura” mövzusunu əhatə edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR