Vətən müharibəsi şəhidi Qənbər Qənbərli Tərtərdə dəfn olunub
Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı,Tərtər rayon Kəngərli kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlu bu gün doğulduğu Kəngərli kəndində dəfn olunub.
Dəfndə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəsmiləri, şəhidin silahdaşları və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib