Vətən Müharibəsində fədakarlıq göstərən jurnalistlər mükafatlandırıldı

# 19:21
20 iyul 2021

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibətilə 44 günlük Vətən Müharibəsində xüsusi fədakarlıq göstərən jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.


APA TV-nin xəbərinə görə, tədbir dövlət himninin ifası ilə başlanıb. Daha sonra 44 günlük müharibədə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Milli Məclisin deputatları, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının baş redaktorları və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndələri çıxış edərək Azərbaycan mətbuatının tarixinə nəzər salıblar.


Daha sonra mərasimdə şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Xudayar” təsnifi ifa edilib.

Sonda tədbirdə iştirak edən jurnalistlərə Vətən Müharibəsində xüsusi fədakarlıq göstərdiyinə görə, birlik tərəfindən mükafat və hədiyyələr verilib.

 

Qeyd edək ki, mükafatlandırılan jurnalistlər arasında “APA GRUP”un əməkdaşları da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR