Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edildi
Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan kiçik çavuş, MAHHXHQ, 20 yaşlı Anar Siyavuş oğlu Nurullayev Sabirabad rayonunun Osmanlı kəndində dəfn edilib. Dəfn mərasimində Sabirabad RİH-in nümayəndələri, kənd sakinləri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər.
Qeyd edək ki, Anar Nurullayev sentyabrın 30-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşi bir müddət əvvəl tapılaraq DNT analizi ilə müəyyən edildikdən sonra yaxınlarına verilib.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü