Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib
"Artıq Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir”.
APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
S. Babayev deyib ki, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib