Vətən müharibəsindən sağ qayıdan, antiterror tədbirləri zamanı şəhid oldu
Antiterror tədbirləri zamanı şəhid olan kapitan Xəlifəli Böyükağa oğlu Sultanov 1990-cı ildə anadan olub. Hacıqabulda rayonunun Qubalı Baloğlan kəndində dünyaya göz açan şəhidimiz elə bu kənddə böyüyüb boya-başa çatıb. Şəhid kapitanın anası bir neçə ay əvvəl dünyasını dəyişib. Şəhid olmamışdan bir gün əvvəl o, yaxınlarına zəng edib “anamım yanında yer götürün şəhid olsam orda dəfn edərsiniz” - deyib. Xəlifəli Sultanov 44 günlük vətən müharibəsində də iştirak edib. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu