Vətən müharibəsinin şəhidi Təbriz İbrahimovla Salyanda vida mərasimi keçirilir

# 20:44
19 may 2021

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovla anadan olduğu Salyan rayonunda vida mərasimi keçirilir.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçinin cənazəsi Salyan rayonunun Çadırlı kəndinə, yaşadığı evə gətirilib.

 

Şəhidin cənazəsinin önündə qurban kəsilib.

 

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

 

Şəhid hərbçi sabah Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

 

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR