Vətəndaş polisi aldatdı

# 13:17
26 yanvar 2022

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayon Şovu kənd sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Amma araşdırma aparılandan sonra həmin ünvanda heç bir oğurluğun baş vermədiyi, məlumatın isə yalan olduğu ortaya çıxıb:“Qohumumla mübahisə etmişdim. Əsəbləşib getdim polisə ərizə verdim ki, mənim evimdən 11000 manatı oğurlayıb.  Bu məlumatı əsəbi olub yalandan polisə vermişəm. Əslində evimdən heç nə oğurlanmayıb. Həmin pulu bir il əvvəl özüm xərcləmişəm.”

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR