Vətəndaşlar niyə bəzi hallarda ƏDV-ni geri ala bilmir?

# 14:20
15 dekabr 2021

Azərbaycanda əlavə dəyər vergisinin geri alınması vətəndaşlar arasında geniş vüsət alıb. Gələn ildən ƏDV-yə cəlb olunan sektorların sayında isə artım gözlənilir.
Lakin bu sahədə bəzi problemlər var ki, onlar hələ də tam həll olunmayıb. Sakinlərlə apardığımız sorğu zamanı da məlum oldu ki, vətəndaşlar mobil tətbiqlərində ƏDV-sini yükləmək istəsələr də, ya sistemdə problem olur, ya da məhsulun çekini ala bilmirlər.
Vətəndaşların ən çox gileyləndiyi isə kiçik marketlər oldu. Belə ki, bu marketlərin bir çoxunda kassa aparatları köhnə nəsil olduqları üçün, sakinlər ƏDV-ni geri ala bilmir.
Sakinlər də bildirir ki, bu problemlərlə yanaşı, ƏDV-nin geri alınması başqa sahələrdə də tətbiq olunmalıdır.
Məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumun media şöbəsinin rəisi Şahin Məmmədovun sözlərinə görə, ƏDV-nin geri qaytarılması zamanı çekdəki məlumatların doğruluğu yoxlandıqdan sonra həmin ƏDV alıcının balansına yükənir.
Bunun üçün məhsulun və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və çekin məbləği, əlavə dəyər vergisi, nəzarət kassa aparatının markası və zavod nömrəsi, 12 sombollu fiskal  İD (aydi) və malın QR (küar) kodu öz əksini tapmalıdır.
Lakin çekdə sadalanan məlumatlar hamsı olsa belə, həmin çekin ləğv olunması halları da baş verə bilər: ”Məhsulun adının qeyd olunmaması, çeklərin tələbə uyğun olmaması, onlardan imtina səbəbi kimi göstərilə bilər. Alıcı tərəfindən məhsulun geri qaytarılması və ya 90 gündən sonra çekin sistemə daxil edilməsi halları baş verdikdə, çekin üzərində xidmətin adı yazılmaması, çekdə sərbəst satış və ya ümumi sözlər yazıldığı zaman bunlar imtina üçün əsas tutala bilər”.
Şahin Məmmədov nağdsız ödənişlər zamanı ƏDV-nin 15 faizini, nağd alışlar zamanı isə 10 faizinin vətəndaşlara geri qaytarıldığını bildirdi. 2022-ci ildə isə ölkədə bir sıra  sahələrdə yeni kassa aparatlarının tətbiq olunacağını, eyni zamanda bir çox kassa aparatının yeniləri ilə əvəz olunacağını qeyd edib: ”Bəzi sahələrdə yeni kassa aparatları tətbiq olunacaq. Bunlar gözəllik salonları, tibbi sahələrdir. Əvvəl bu sahələrdə aparatalar tətbiq olunmurdu. Yeni ildən isə vətəndaşlar bu aparatalar vasitəsilə ƏDV-ni geri ala biləcək”.
Qeyd edək ki, indiyək bu xidmətdən 1.5 milyon vətəndaş faydalanıb, 120 milyon manatdan çox əlavə dəyər vergisi geri qaytarılıb.

Semral Cavad
Xəyal İskəndərov
Apa Tv

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR