Vəzifədə qalmaq üçün müraciət edərkən öldü

# 16:32
19 yanvar 2023

30 ildir metodist işləyən müəllim vəzifədə qalmaq üçün müraciət etdi, təhsil idarəsində öldü

Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib.

Tovuz rayon sakini, təhsil sektorunun sabiq metodisti, əməkdar müəllim Elçin Abdıyev RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gəlib. Müraciət zamanı onun halı qəfil pisləşib və yerə yıxılıb. Regional Təhsil İdarəsinin əməkdaşlarının və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq o, dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə onun səhhətində problemlər varmış, ürək əməliyyatı keçirib. Bundan başqa şəkərli diabetdən əziyyət çəkirmiş.

64 yaşlı əməkdar müəllim qəbula 30 ilə yaxındır ki, tutduğu metodist vəzifəsində işə davam etmək müraciəti ilə gəlibmiş.

Ölüm hadisəsinin səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR