Vəzifəli şəxslərin erotik kabusuna çevrilən videozəng - O KİMDİR?

# 17:16
9 sentyabr 2021

Son günlər “özünü min cavana” tay tutan yaşlı insanların pornoqrafik videolarının sosial şəbəkələrdə yayılması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

 

APA TV-nin məlumatına görə, üstəlik bu şəxslərin dövlət qurumlarında yüksək vəzifələrdə çalışması məsələni daha aktuallaşdırdı. Ötən gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun qeyri-əxlaqi görüntüləri, bir müddət əvvəl eks-deputat Hüseynbala Mirələmovun katibəsinə qarşı qeyri-etik hərəkəti və “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri Nəbi Qafarovun pornoqrafik videolarının, əxlaqa sığmayan hərəkətlərinin sosial şəbəkələrdə yayılması cəmiyyətdə ağsaqqal kultunun zədələnməsinə gətirib çıxarır.

 

Məsələnin maraqlı tərəfi budur ki, adı bu kimi pornoqrafik videolarda hallanan şəxslər əksər hallarda bunun şantaj olduğunu deyirlər. Elə Nəbi Qafarov kimi: “Neçə illərdir məni hədəf seçiblər, birinci dəfə deyil bu hadisə mənim başıma gəlir”.

 

Sosioloq Rəşad Əsgərov deyir ki, bu tip videoroliklərin sosial şəbəkələrdə yayılması cəmiyyətin bütün kəsimləri tərəfindən müsbət qarşılanmır: “Ağsaqqalların, ziyalıların cəmiyyətin ümumi qayda-qanunlarına uyğun olmayan, xüsusilə də deviyan davranış nümunələri sərigəlməsi həm gənclər tərəfindən, həm ziyalılar tərəfindən, həm də dövlətimiz tərəfindən birmənalı qarşılanmır”.

 

Sosioloq bildirir ki, bu kimi halların qarşısını almaq üçün davamlı maarifləndirmə işləri aparılmalıdır: “Sadə maarifləndirici tədbirlər görməsək, belə şəxslərin, dövlət qulluğunda, müxtəlif vəzifələrdə həyatı və davranışı ilə bağlı rolikləri, fikirləri, məlumatları müxtəlif KİV-lərdə yaymasaq, bu cür şəxslərin sayı cəmiyyətimizdə artacaq və belə olduqda bu artıq cəmiyyətdə ağsaqqallara qarşı müəyyən qədər mənfi münasibətin yaranmasına gətirib çıxaracaq”.

 

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirir ki, bu kimi hallarda şantaj edən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər: “Şəxsi və ailə məlumatı hesab edilən materialların yayılması, satılması video-çəkilişlərin və səs yazılarının yaymaq, satmaq və sair əməllər cinayət məsuliyyətinə cəlb olunur. Bunu edən şəxs 1000 manatdan 2000 manatadək cərimə edilir və ya islah işləri cəzasına cəlb olunur”.

 

Hüquqşünas deyir ki, şəxsi və həyat toxunulmazlığı ilə bağlı məlumatların yayılması və seksual xarakterli videogörüntülərlə edilən şantajlar əksər hallarda pul tələb etmə ilə müşahidə olunur: “Şəxsə hədə-qorxu gəlmək, rüsvayedici materialları yaymaqla hədələmək və bu hədə əmlak xarakterli olduqda və pul tələb etməyə yönəldikdə, 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə, bu əməl xeyli miqdarda, yəni 5000 manatdan artıq olduqda və bir qrup şəxslə birgə törədildikdə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır”.

 

Qeyd edək ki, Sentyabrın 10-da baş tutacaq YAP İdarə Heyətinin iclasında Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacaq.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR