Vilayət Eyvazov Əli Həsənovun qaynını işdən çıxartdı
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir idarə rəisini vəzifəsindən azad edib.
APA TV-nin Lent.az-a istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Onun xidmət zamanı verdiyi nöqsanlara görə işdən azad olunduğu bildirilir.
Fakt DİN mətbuat xidmətindən təsdiqlənib.
Qeyd edək ki, Cəbrayıl Vəliyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qaynıdır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri