Virtual kurs başa çatdı: QALİBLƏR MÜKAFATLANDIRILDI

# 17:47
14 iyul 2022

Azərbaycan Mərkəzi Bankı və VISA beynəlxalq kart təşkilatı tərəfindən "Bankçılıq və rəqəmsal ödənişlər" virtual kursu üzrə elan olunan müsabiqə başa çatıb. 

 

APA TV-nin xəbərinə görə, müsabiqədə 200-ə yaxın məktəbli iştirak edib. Onlardan 40 nəfər isə qalib olub:

 

Mərkəzi Bankın şöbə müdiri Xumar Hüseynova deyir ki, 200-ə yaxın məktəbli iştirak etdi, amma bizim kurs haqqında 10 mindən çox məktəbli və valideyn maraqland: “Növbəti virtual kursumuz "Bankçılıq və rəqəmsal ödənişlər" mövzusunda oldu. Adından da göründüyü kimi məktəblilərə rəqəmsal ödənişlərin əhəmiyyətini izah etmək, onlara nağdsız ödənişlərdən istifadə etmək bacarığını aşılamaqdır. 200-ə yaxın məktəbli iştirak etdi, amma bizim kurs haqqında 10 mindən çox məktəbli və valideyn maraqlandı. Müddət qısa olduğu üçün hamı müsabiqədə iştirak edə bilmədi. Amma bizim gözlədiyimiz sayda iştirakçı oldu, onlardan 40 nəfər  qalib oldu, 48 nəfər isə müsabiqədən uğurla keçdi”.

 

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyir ki, davamlı şəkildə həyata keçiriləcək müsabiqəyə qatılmaq istəyənlər Mərkəzi Bankın rəqəmsal platformalarından qeydiyyatdan keçə bilərlər: “Müsabiqə davamlı şəkildə həyata keçiriləcək. Müsabiqə müxtəlif ssenarilər, yaş qrupları üzərindən, nəinki Bakı şəhərində, hətta bölgələrimizdə də məktəb, universitet şagirdləri üçün keçiriləcək. Müsabiqəyə qatılmaq üçün Mərkəzi Bankın portalları vasitəsilə pulsuz şəkildə təlimlərdən yararlana bilərlər”.

 

Tədbirin sonunda qalib olan iştirakçılara sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR