Vladimir Jirinovskinin ölüm xəbəri yayıldı
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, spiker siyasətçinin vəziyyətinin həqiqətən ağır olduğunu deyib, ona sağalmağı arzulayıb.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.
Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu