Voleybol komandası Türkiyədə dağıntılar altında qaldı
“Şimali Kipr Türk Respublikasının voleybol komandası Adıyamandakı hotelin dağıntıları altında qalıb”.
APA xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.
Onun sözlərinə görə, ümumilikdə komanda üzvlərinin sayı 38 nəfər olub: “Bu ana qədər onlardan cəmi üçü tapılıb. Həmin hotelin dağıntıları altında ümumilikdə 80 nəfər var, eyni zamanda, bizim komanda üzvləri də orada çarəsiz vəziyyətdədirlər”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu