Vüqar Qurbanov vərəm xəstələrinin sayı ilə bağlı vəziyyəti açıqladı

# 19:04
24 may 2023

Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib. Xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana inzibati hissə, infeksion xəstəliklər korpuslarından (Modul) və köməkçi sahələrdən (qazanxana, yeməkxana, camaşırxana, oksigen anbarı) ibarətdir.

Sahəsi 3 min kvadratmetr olan üç infeksion xəstəliklər korpusu 100 palata və 200 çarpayı yerindən ibarətdir.

Xəstəxananın Poliklinika şöbəsində ixtisaslı həkim müayinə otaqları, qanalma otağı, prosedur otağı, laborator xidmətlər otaqları müayinə və müalicənin monitorinqi məqsədilə xidmət göstərir.

Ağciyər vərəmi diaqnozlu xəstələrin müalicəsi 1, 2 və 3-cü vərəm şöbələrində təşkil olunub. Yoluxucu vərəmli xəstələr 50 çarpayılıq 3-cü vərəm şöbəsində, yoluxucu olmayan xəstələr isə xəstəlik hallarına uyğun olaraq hərəsi 60 çarpayılıq olan 2-ci və 3-cü vərəm şöbələrində müalicə alırlar.

Xəstəxananın nəzdində olan 10 nəfərlik çarpayı fondu olan reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyət göstərəcək.

Ağciyərdən kənar orqanların vərəminin müalicəsi 25 çarpayılıq ağciyərdən kənar vərəm şöbəsində təşkil olunub.

Müalicə alan xəstələrə həkim-diyetoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri veriləcək.

Xəstəxana bütün lazımi şərait, təminat-təchizat və kadr potensialı ilə təmin edilib.

 

Əli Əliyev

Ağa Əlizadə

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR