“WhatsApp”a yeni funksiyalar gəlir

# 18:46
7 oktyabr 2021

“WhatsApp”ın tezliklə yeni funksiyaları işə düşəcək.

 

APA TV xarici mətbuata istinadən məlumat verir ki, “WhatsApp” yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.

 

Bu funksiyalardan ilki, smaylik cavab xüsusiyyətidir. Belə ki, artıq söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz.

 

“WhatsApp” yeni bir xüsusiyyəti də səsli mesajları mətnə ​​çevirmək olacaq. Gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.

 

“WhatsApp”, videoları səssiz olaraq izləyəməyə imkan verəcək bir yenilik hazırlayır. İstər “WhatsApp”ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz.  

 

Son olaraq söhbət pəncərəsinə yeni rənglər əlavə olunacaq. Bu dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR