X Qlobal Bakı Forumu: Prezident açılış mərasimində iştirak edib

# 16:34
9 mart 2023

Bu gün Prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima bildirib ki, dünya ictimaiyyəti bir araya gəlməli və Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalı, yeni beynəlxalq maliyyə sistemi qurulmalıdır.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da forum haqqında fikirlərini bildirib 

Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, martın 11-dək davam edəcək forumda ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR