Xaçmaz rayonundan olan iki məktəblinin böyük uğuru
Xaçmaz rayonundan olan Ayxan və Oruc Yusifli qardaşları Məktəblilərarası VII Fənn müsabiqəsində medal qazanan şagirdlər sırasında yer alıblar.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, istedadlı şagirdlər Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil alırlar.
VII sinifdə oxuyan Ayxan Yusifli müsabiqədə fizika fənni üzrə qızıl, onun qardaşı VI sinif şagirdi Oruc Yusifli isə informatika fənni üzrə gümüş medal qazanıb. Ayxan müsabiqədə fizika fənni üzrə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
Məktəbin fizika müəllimi, eyni zamanda müsabiqədə uğur qazanan şagirdlərin anası Vüsalə Yusifli bildirib ki, Ayxan və Oruc bütün fənlərini yaxşı oxuyublar.
Qeyd edək ki, fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ qazanırlar.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?