Xaçmaz sakini həyətində narkotik yetişdirdiyi üçün yaxalandı
Həyətində narkotik becərən Xaçmaz sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Xudat şəhər sakini Rüstəm Fətəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Rüstəm Fətəliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib: “Çəkmək üçün bağımda əkmişdim. Polislər gəldi yaxaladılar məni. Çəkəniyəm, toxumlarım da var idi. Şəxsi çəkmək üçün, peşmanam. Bir daha da olmaz”.
Faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi