Xaçmaz sevinc içində: İtkin düşən qardaşlar tapıldı
Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.
Bu barədə APA İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, 3 gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib.
Uşaqların atası Tural Muradov bildirib ki, övladları Xaçmaz ərazisində tapılıblar.
Onlar ailələrinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan da uşaqların tapılması barədə məlumatı təsdiq ediblər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib